“Simurq”da yeni qapıçı - FOTO
27.05.2013 - 13:09
“Simurq” növbəti transferini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi ötən mövsüm AZAL-da forma geyinmiş Amil Ağacanovla 2 illik rəsmi müqavilə imzalayıb. Təcrübəli əlcək ustası “Simurq”un heyətində 35 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Amil karyerasının son iki mövsümünü AZAL-ın heyətində keçirib və 19 oyunda meydana çıxıb. Bundan öncə isə “Muğan”ın şərəfini qoruyub.
Qeyd edək ki, Amil karyerasının son iki mövsümünü AZAL-ın heyətində keçirib və 19 oyunda meydana çıxıb. Bundan öncə isə “Muğan”ın şərəfini qoruyub.
0
0