“İnter”in 3 rəqibi müəyyənləşdi
27.05.2013 - 14:08
Ölkəmizi bu mövsüm Avroliqada təmsil edəcək “İnter”in Avstriyada keçirəcəyi təlim-məşq toplanışında qarşılaşacağı rəqiblərin bəzilərinin adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “bankirlər” iyunun 14-dən 27-dək Zaltsburq şəhəri yaxınlığında toplanış keçəcək.
Burda 5 yoxlama oyunu keçirəcək “ağ-göylər”in 3 rəqibinin adına aydınlıq gəlib. Belə ki, Kaxaber Sxadadzenin yetirmələri Rusiyanın “Terek”, Çexiyanın “Slaviya” və Rumıniyanın “Dinamo” klubları ilə gücünü sınayacaq. Digər 2 rəqibin isə Avstriya Bundesliqa klubu olacağı gözlənilir. Bu komandalarla yoxlama oyunlarının dəqiq tarixləri daha sonra bilinəcək.
Qeyd edək ki, “İnter” toplanışın ilk mərhələsini Kocaelinin Kartəpə qəsəbəsində keçirməyi planlaşdırıb. Bürünc mükafatçı burda iyunun 2-dən 11-dək hazırlıq keçib Bakıya qayıdacaq. Məhz 3 günlük fasilədən sonra komanda Avstriyaya yola düşəcək.

0
0