Yuri Syomin yenə gəldi: Suallarınızı sabah verə bilərsiniz...
28.05.2013 - 11:04
Zaur Əzizov: Sabah Syominin Qəbələdə təqdimatı və mətbuat konfransı olacaq
“Yuri Syomin Azərbaycana gəlib. Onunla sonuncu dəfə müqavilə şərtlərini müzakirə edəcəyik”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.
“Qəbələ” artıq yeni baş məşqçisinə qovuşmaq üzrədir. Rusiyanın tanınmış məşqçisinin ikinci dəfə ölkəmizə gəlməsi onunla münasibətlərin rəsmiləşəcəyinə dəlalət edir.
Elə Əzizov da böyük ehtimalla, razılığa gələcəklərini və sabah Yuri Pavloviçin ictimaiyyətə təqdim olunacağını bildirdi: “Bu gün müqavilə şərtlərində sonuncu dəfə müzakirələr aparılacaq. Razılığa gəlsək, sabah Qəbələdə onun təqdimatı və mətbuat konfransı olacaq. “Gabala Cup” üçün Qəbələyə gələcək mətbuat nümayəndələri həmçinin ona öz suallarını verə biləcək”.
Səbuhi TOFİQOĞLU

0
0