Mübariz Mənsimov və 2 məşhur sima: Dilmən və Rüştü Bakıda
28.05.2013 - 15:54
Azərbaycan kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün səhər saatlarında tam heyətlə Bakıda gəzintiyə çıxıb. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” paytaxtın gəzməli yerlərində istirahət etdikdən sonra yenidən “Ramada” otelinə qayıdıblar.
Klubun fəxri prezidenti Mübariz Mənsimov da artıq Bakıya gəlib. Onun komanda üzvləri ilə qısa görüşü də gözlənilir. Görüş zamanı komandanı qələbəyə həvəsləndirmək üçün fəxri prezidentin futbolçulara böyük məbləğdə mükafat boyun alacağı da istisna deyil.
Az öncə isə öyrəndik ki, Mübariz Mənsimov finalı tək izləməyəcək. Belə ki, “Palmali” Şirkətlər Qrupunun rəhbəri ilə yanaşı, iki tanınmış sima da Bakıya gəlib. Bunlar futbol təhlilçisi, “Fənərbaxça”nın sabiq futbolçusu Rıdvan Dilmən və Rüştü Rəçbərdir.

0
0