Bakı klublarından təklif aldı, Bolqarıstan yığmasına çağırıldı
28.05.2013 - 16:40
“Bakı” və ya “İnter”dən birinə keçəcəyi deyilən Emil Qarqorov ölkəsinin yığmasından dəvət alıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumameylli yarımmüdafiəçinin “Ludoqorets”lə Bolqarıstan çempionu olması milliyə çağırılmasına səbəb olub.
Belə ki, baş məşqçi Lyuboslav Penev onu mayın 30-da Yaponiya və iyunun 5-də Qazaxıstanla yoldaşlıq görüşləri üçün 23 nəfərlik siyahıya daxil edib.
Qeyd edək ki, yığmada 23 nömrəli formanı geyən Qarqorov ilk dəfə 2001-ci ildə milliyə çağırılıb. Burda 18 oyun keçirən Emil Misirlə yoldaşlıq və Malta ilə seçmə mərhələ oyununda qol vurub. “Cırtdanlar”ın qapısına o, martın 22-də 6:0 hesabı ilə başa çatan görüşdə yol tapıb.

0
0