“Onların “Neftçi”də qalmağı 99 faizdir”
29.05.2013 - 08:37
“Onların “Neftçi”də qalmağı 99 faizdir”
“Neftçi” müqaviləsi bitən legionerlərini saxlamaq fikrindədir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Julius Vobay, Nikolas Kanales və icarədə olan Erik Ramosla anlaşmanı uzadacaq.

Klubun prezidenti Sadıq Sadıqovun sözlərinə görə, əcnəbilər də komandada çıxışını davam etdirmək istəyir: “Biz tərəfdən onlara təkliflər olub. Qalıb özlərinin cavabı ki, nümayəndələri ilə danışıqlarımız olacaq. Yəqin ki, məsələ müsbət həll olunacaq. Əsas odur ki, futbolçu razıdır. Belədirsə, deməli, onların “Neftçi”də qalmağı 99 faizdir. Bizə lazım olan 4 mövqeyə 4 legionerlə danışıqlara başlayacağıq”.

Qeyd edək ki, Çempionlar Liqasında oynayacaq “Neftçi” qapıya, müdafiəyə, yarımmüdafiəyə və hücuma yeni futbolçular transfer edəcək.
0