Rahid Əmirquliyev: Hamısına “sağ ol” deyirəm – MÜSAHİBƏ
29.05.2013 - 11:45
“Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- “Neftçi” ilə final matçının ən yaxşı futbolçu seçilməklə mükafat aldınız. Təəssüratlarınız necədir?
- Matçın ən yaxşı futbolçusu səsvermə yolu ilə müəyyənləşdi. Mənə səs verənlərin hamısına “sağ ol” deyirəm. Allah hamısından razı olsun.
- Bəs oyun haqda fikirləriniz necədir?
- Bərabər oyun getdi. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyası lazım gəldi. Bu isə lotereya kimi bir şeydi. Bəxt onların tərəfində idi.
- Qarşılaşmadan sonra yaşanan insidenti nəyin nəticəsi sayırsınız?
- Futbolda belə şeylər olur. Olmasa, yaxşı idi.
- Bu mükafat sizin üçün kubokun yerini verir?
- Mənim üçün yox. Ölkə kubokunu qazansaydıq, daha yaxşı olardı.
- Deyəsən, karyeranızda belə fərdi mükafat olmamışdı...
- Bəli, ilk fərdi mükafatımı qazandım. Bu baxımdan dəyərlidir. Ona görə məni bu mükafata layiq görənlərə minnətdaram. Ancaq çox istərdim ki, finalda ölkə kubokunu başı üzərimə qaldırım.
Mehman SÜLEYMANOV

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0