Erik Ramos: Bizə avrokuboklarda çətin olacaq - MÜSAHİBƏ
29.05.2013 - 23:05
“Neftçi” klubunun yarımmüdafiəçisi Erik Ramos ölkə kubokunun finalında “Xəzər Lənkəran” üzərində qazanılan qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Oyunun bu qədər gərgin keçəcəyini gözləyirdinizmi?
- Çox çətin oldu. “Xəzər Lənkəran” bütün gücünü meydanda qoydu. Təəssüf ki, qol vura bilmədik. Çünki rəqib yaxşı müdafiə olundu. Bununla belə, penaltilər seriyasında məqsədimizə çatdıq. Qələbə qazanıb, mövsümü “Qızıl dubl”la başa vurduq.
- “Neftçi” və “Xəzər Lənkəran”ın əzəli rəqiblər olduğunu bilirdiniz?
- Əlbəttə bilirdim. Bu komandaların oyunu derbi hesab edilir və çempionatın ən maraqlı qarşılaşmalarından biridir. Ona görə də, qələbə qazanmaq bizim üçün çox çətin oldu.
- 120 dəqiqə ərzində qol vura bilməməyinizi nə ilə əlaqələndirirsiniz?
- “Xəzər Lənkəran”ın məşqçilər korpusu çox yaxşı taktika seçmişdi. Onlar müdafiə xəttini yaxşı qurmuşdular. Buna görə də qol vurmaq bizim üçün çox çətin oldu.
- Qarşıdan avrokuboklar mövsümü başlayır. Çempionlar Liqasında hədəfiniz nədir?
- İşimiz çətin olacaq. Bunun üçün yaxşı hazırlıq keçməliyik. Yoldaşlıq oyunlarında özümüzü yaxşı tərəfdən göstərməliyik. Yüksək səviyyədə hazırlaşmalıyıq ki, heç olmasa pley-off mərhələsinə qədər irəliləyək.
- Həm çempion oldunuz, həm də ölkə kubokunu qazandınız. Hansını əldə etmək daha çətin oldu?
- Hər ikisini. Çempionatda 7-8 matçda uduzduq. Ancaq kubokda məğlub olmadıq, finala qədər irəlilədik. Həlledici oyunda isə qələbəni penaltilərlə əldə etdik.
- Bir ilə yaxındır ölkəmizdəsiniz. Premyer Liqanın səviyyəsini necə qiymətləndirirsiniz?
- Bura gələrkən, daha asan olacağını düşünürdüm. Ancaq səviyyə yüksəkdir. Rəqabət var. Komandalar bir-birinə qarşı sona qədər mübarizə aparırlar.

0
0