Almaniya sevindi, İngiltərə İrlandiya ilə sülh bağladı
30.05.2013 - 03:20
Azərbaycan milli komandasının Qətərlə qarşılaşması ilə yanaşı, dünyanın bir neçə yaşıl meydanlarında yoldaşlıq görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, bu matçlardan birində qapılara 6 qol vurulub.
Bu, Almaniya – Ekvador oyununda baş tutub. ABŞ-da keçirilən görüşdə Avropa təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb. Almanların heyətində Lukaş Podolski ilə Lars Bender hərəyə 2 dəfə fərqlənib. Ekvadorun qollarına isə Luis Antonio Valensiya və Valter Ayovi imza atıb.
Londonun “Uembli” stadionunda isə İngiltərə və İrlandiya yığmaları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə azarkeşlər 2 qola şahidlik ediblər. 13-cü dəqiqədə hesabı açan Şeyn Lonq yerli publikanı üzüb. Lakin 10 dəqiqə sonra Frenk Lempardın dəqiq zərbəsi nəticəsində hesaba tarazlıq gəlib – 1:1.
Digər görüşlərdə isə Kanada Kosta-Rikaya 1:0 hesabı ilə uduzub. Oman – Lebanon matçında isə tərəflər hərəyə bir dəfə fərqlənib.
Yoldaşlıq oyunları
29 may
Almaniya - Ekvador – 4:2
Valensiya, 44, Ayovi, 84 - Podolski, 1, 17, Bender, 4, 24
İngiltərə - İrlandiya - 1:1
Lempard, 23 - Şeyn Lonq, 13
Kanada - Kosta-Rika - 0:1
Arrieta, 15 (pen)
Oman – Livan – 1:1

0
0