Yaponiya Tacikistana, Özbəkistan İordaniyaya qalib gəldi - YENİLƏNİB
30.05.2013 - 21:15
Yaponiya Tacikistana, Özbəkistan İordaniyaya qalib gəldi - YENİLƏNİB
Bu gün Bakıda III Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə baş tutan ənənəvi yarışın ikinci günündə yenə 4 qarşılaşma baş tutub.

Ötən gün Qırğızıstan millisini darmadağın edən yığma komandamız bu dəfə istirahət edib. Asiya təmsilçiləri ABŞ-la qarşılaşıb. Qırğızıstan yenə rəqibinə darmadağın olub.

Digər görüşlərdə isə Qazaxıstan Gürcüstanla üz-üzə gəlib. Burada da azarkeşlər böyük hesablı oyuna şahidlik ediblər. Belə ki, gürcüstanlılar rəqibini 13:1 hesabı ilə məğlub edib.

Yaponiya Tacikistanı, Özbəkistan isə İordaniya yığmasını top atəşinə tutub.

Qeyd edək ki, 2011-ci ildə Türkiyə, ötən il isə Gürcüstan yarışın qalibi adını qazanıb.


30 may

B qrupu

Qazaxıstan – Gürcüstan - 1:13

A qrupu
ABŞ - Qırğızıstan - 11:0

D qrupu
Tacikistan – Yaponiya - 1:3

C qrupu
İordaniya - Özbəkistan - 0:7