Çempionlar Liqasının qalibi “Mançester Yunayted”i geridə qoydu
30.05.2013 - 06:34
Dünyanın ən bahalı futbol markası bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, 2012/2013 mövsümündə Çempionlar Liqasının qalibi “Bavariya”dır.
Münhen klubunun bazar qiyməti 860 milyon dollara (669 milyon avro) çatıb. “Bavariya” hələ Çempionlar Liqasının finalına qədər “Brand Finance”ın Britaniya institutu tərəfindən təşkil edilmiş reytinqdə “Mançester Yunayted”in (837 milyon dollar) liderlik mövqeyini əlindən almışdı.
Digər yerlərdə isə Madrid “Real”ı (621 milyon dollar) və “Barselona” (572 milyon dollar) qərarlaşıb.
Qeyd edək ki, Almaniya təmsilçisinin bazar qiyməti ötən illə müqayisədə 51 milyon avro yüksəlib. “Mançester Yunayted” isə 20 milyon avro aşağı enib.

0
0