Samir Nasri Uruqvay və Braziliyaya qarşı oynamayacaq
30.05.2013 - 06:51
Fransa milli komandası ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Didye Deşam qarşıda keçiriləcək olan Uruqvay və Braziliya yığmaları ilə yoldaşlıq görüşündə “Mançester Siti”nin yarımmüdafiəçisi Samir Nasrinin xidmətindən yaralana bilməyəcək.
Buna isə 25 yaşlı futbolçunun dizindən zədələnməsi səbəb olub. Deşam Nasrinin əvəzinə hələ ki heç bir oyunçuya dəvət göndərməyib.
Qeyd edək ki, Fransa yığması iyunun 5-də Uruqvayla, 9-da isə Braziliya ilə qarşılaşacaq.

0
0