Heç bir vicdansız...
30.05.2013 - 08:37
Hələ final matçından əvvəl yazmaq istəyirdim. Çempionlar Liqasının həlledici oyununa baxdıqdan sonra futbolçuların, azarkeşlərin, klub rəsmilərinin davranışı təqdir etməmək mümkün deyildi. Bu, əsil futbol bayramı idi. Sonra ölkəmizin iki ən güclü komandaları arasında oyun olacaqdı. İllər öncə bu qarşıdurmaya “Böyük oyun” adını da qoyublar.
Bununla belə, daxilimdə bir hiss, narahatlıq vardı: 28 May Respublika Günündə hər şey arzuolunan kimi alınmayacaq. Ən azı müəyyən jurnalistika təcrübəmə əsaslanaraq, bu fikrə gəlmişdim. Çünki bəzi qüvvələr yalnız aqressivlik sayəsində arzularını həyata keçirmək, idman prinsiplərini ayaqlar altına atmağı daha üstün tuturlar.
Ədalət naminə hər şey istəniləndən yaxşı səviyyədə getdi. Meydandakı mübarizələr zamanı futbolçuların aqressiv davranışını normal qarşılamaq lazımdır. Çünki final həyəcanını başa düşmək olardı. Amma hadisələrin axarından çıxmamasında bir çox amillər öz təsirini göstərirdi. Elə vəziyyətlərin birində “Xəzər-Lənkəran”ın baş məşqçisi Con Toşakın Elnur Allahverdiyevi sakitləşdirməsi çox şeydən xəbər verirdi.
Hər şey Stamenkoviçin təlxəkliyi ilə başladı. Bu məqamda yadıma “Yol əhvalatı” filmindən bir epizod düşdü. Heç bir vicdansız alverçi (qapıçı) bunu etməzdi, amma sən etdin. Həqiqətən də, serbiyalı qapıçının davranışı nəinki stadionda, televiziya qarşısında oturanlara qarşı həqarət idi. Onun davranışına heç cür qazandırmaq olmur. Bütün bayramı korlayan Stamekoviçə düzgün yol göstərən lazımdır.
Hələ yeniyetmə yaşlarımda voleybol oyununda özümüzdən yaşca xeyli böyüklərin komandasına uduzmuşduq. Hesabda irəli olsaq da, rəqiblər müəyyən vasitələrlə hər şeyi öz xeyirlərinə dəyişmişdilər. Matç başa çatandan sonra onlardan biri yaxınlaşıb, qalib siz idiniz dedi: “sadəcə, başqa yollara əl atıb, qələbə qazandıq. İdman ədalətsizliyi sevir”.
Həqiqətən də, o vaxtdan bu sözlər qulağımda sırğa olub. İdmanda başqa yollara əl atmaqla, ədalətsiz, idman prinsiplərini tapdamaqla qələbə qazanmaq dəb halını alıb. Məhz Stamenkoviç bu yolu tutaraq, böyük qalmaqalın səbəbkarı oldu. Günahı lomayalara, stamenkoviçlərə bu imkanı yaradanlarda axtarmaq lazımdır.
Acınacaqlı odur ki, mətbuat iki hissəyə bölünüb. Kimisi günahı “Neftçi”də, kimisi “Xəzər Lənkəran”da axtarır. Hər şey qabağındadır. Elə mükafatlandırma mərasimində AFFA rəhbərliyinin siması çox şeydən xəbər verirdi. Hər klubun saxladığı qoçu dəstələri kimi gəldi vurur, istədiyini həyata keçirir. Əvvəllər futbolun bir tamaşa olduğunu deyirdilər. Bizdə isə hər şey əksinədir. Futbolumuz yoxdur, artıq gücümüzü başqa vasitələrlə nümayiş etdirməyə başlamışıq.
Nə “Neftçi”, nə “Xəzər-Lənkəran”, nə də digər klublara simpatiyam var. Sadəcə, son illərdə Azərbaycan futbolunda tendensiya halını alan qruplaşmanın sonu heç də yaxşı görünmür. Təəssüfedici məqam isə jurnalistlərin bu qruplaşmanın bir hissəsinə çevrilməsidir. Məncə, “Neftçi” və “Xəzər-Lənkəran”ı müdafiə etməyin yeri yoxdur.
Hər şey göz qabağındadır...
Kamal RZA

0
0