“Əgər prezident deyibsə, deməli, Arşavin bizə lazımdır!” - MÜSAHİBƏ
30.05.2013 - 09:40
“Əgər prezident deyibsə, deməli, Arşavin bizə lazımdır!” - MÜSAHİBƏ
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin rəsmi təqdimatından sonra Rusiya mediasına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 66 yaşlı mütəxəssis hazırda izlədiyi II Qəbələ kuboku haqda danışıb.

- Hazırda Qəbələdə beynəlxalq turnirdəyəm. Burada “Barselona” və “Feyenoord”un yeniyetmə komandaları da iştirak edir. Rusiya “Zenit” və “Şaxtyor” təmsil olunub. “Qəbələ”nin yeniyetmələri əvvəlcə “Şaxtyor”la bərabərliyə qaldı, ardından “Beşiktaş”a qalib gəldi. “Zenit” isə “Bakı”nı yenərək, “Feyenoord”a uduzdu.

- Bəs “Barselona” ilə qarşılaşmamısınız?
- Yox. Ancaq fikrimcə, “Barsa” hazırda bizim futbolçuların dişinə görə deyil. Yeri gəlmişkən, “Barsa”nın “Şaxtyor”la izlədiyim matçı möhtəşəm keçib.

- Klub işlərinizdən danışaq. Artıq yeni futbol təsərrüfatınızla tanış ola bilmisiniz?
- Müqavilə bağlamazdan öncə infrastruktura, bazaya, stadiona baxmağa gəldim. Hər şey çox xoşuma gəldi. Əsas odur ki, mən rəhbərliyin uğur əldə etməyə can atmağını gördüm. Sizə danışdığım uşaqların turnirinin iştirakçılarının heyətində baxanda, başa düşmək olar ki, insanlar böyüyən nəslin tərbiyəsinə böyük diqqət yetirir. Bunlar məni azərbaycanlıların təklifini qəbul etməyə gətirib çıxardı.

- Yeni rəhbərlik növbəti mövsümdə qarşınıza hansı vəzifəni qoyub?
- Təbii ki, yeni məşqçini gətirəndə, nəticələrin yaxşılaşmağına ümid bəslənilir. Əgər konkret olsaq, məqsəd avrokuboklara vəsiqə qazanmaqdır.

- Yəni, bilavasitə çempionluqdan söhbət getmir?
- (fikirləşir) Belə şey yoxdur. Ancaq mən qarşıma həmişə maksimal vəzifələr qoyuram. Nə alınacağını isə zaman göstərəcək.

- “Qəbələ”nin prezidenti Tale Heydərov klubda Andrey Arşavinin olmağını mümkün hesab edib. Sizə Andrey lazımdır?
- Arşavin heç bir komandaya mane olmaz. Məşhur futbolçudur və əgər prezident deyibsə, o, lazımdır, deməli, lazımdır! Biz bunu yalnız alqışlayacağıq.

- Yəqin ki, beyninizlə heyətin güclənməyi planı var. Bələ Rusiyadan, yaxud keçmiş yetirmələrinizdən kimisə dəvət edəsiniz?
- Baxarıq. İndi yeni futbolçularla bağlı fəal axtarışdayıq. Ancaq nəticənin necə alınacağını tapmaq çətindir. Yalnız bir şeyi bilirəm ki, mütləq güclənməyimiz lazımdır.

- Transfer kampaniyasının büdcəsi müəyyənləşib?
- Əlbəttə. Ancaq bütün kartları açmağı hələ dəyməz.

- Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla ünsiyyət qurmağa imkan tapmısınız?
- Hələ yox. Yaxında Azərbaycan kubokunun finalına baxmağa getdim ki, onu “Neftçi” qazandı. İndi isə yeniyetmələrin turnirindəyəm. Yaxın vaxtda Foqtsla mütləq görüşəcəyik. Əvəzində əfsanəvi Toni Adamsla ünsiyyət qurdum. O, mənə qədər burada baş məşqçi olub. Adams hazırkı tədbirin əsas təşkilatçılarından biri kimi çıxış edir.

- Tacikistanın “Pamir” klubu ilə Azərbaycan “Qəbələ”sinin fərqi nədir?
- Vəziyyət bir qədər fərqlənir. Əsas odur ki, “Qəbələ”də nəsə yaratmaq, yeni şey qurmaq üçün daha böyük maliyyə imkanları var. Mən də indi bununla məşğulam.
0