“Rubin” ilk transferini reallaşdırır
30.05.2013 - 10:11
Ruslan Abışovun formasını geyindiyi “Rubin” növbəti mövsümdə ilk transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatı kazanlıların “Palermo”nun mərkəz müdafiəçisi Ezekiel Munyosla müqavilə bağlamağa hazırlaşdığını yazıb.
Belə ki, siciliyalılar Ruslanın mövqeyində oynayan 22 yaşlı argentinalı legioner üçün 5 milyon istəyir. Bunu verməyi düşünən “Rubin”in transferdə rəqibi “Parma”dır.
Qeyd edək ki, millimizin Qətər yığması ilə yoldaşlıq görüşündə kapitan sarğısını daşıyan Ruslan bu ildən oynadığı “Rubin”də 1 matç keçirib.

0
0