“Berti Foqtsdan çox şey öyrənmişəm” - FOTO
30.05.2013 - 13:27
“Berti Foqtsdan çox şey öyrənmişəm” - FOTO
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann futbol biliklərinin mənbəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Almaniya futbolunun əfsanələrindən olan 49 yaşlı mütəxəssis məşqçi kimi yetişməsində payı olanların da adlarına aydınlıq gətirib.

Almaniya millisində oynadığı vaxt Azərbaycan yığmasının indiki baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında çıxış edən Klinsmann onun da əməyini vurğulayıb: “Mən hələ futbolçu kimi çox şey öyrənmişdim. Çünki çalışdığım məşqçilərin hamısı böyük mütəxəssislər idi. Onların hərəsindən bir şey götürməklə gələcək məşqçiliyimin təməlini əvvəldən qoymuşdum. Mən Luis Sezar Menotti, Arsen Venger, Covanni Trapattoni, Berti Foqts, Otto Rehagel və Ossi Ardilesdən çox şey öyrənmişəm”.

Qeyd edək ki, Klinsmann Foqtsun rəhbərliyi altında Avro-1996-nın çempionu olub.