Qəbələyə göndərib, vəzifəsini böyütdülər
30.05.2013 - 14:17
II Qəbələ kubokunun iştirakçılarından olan Hollandiyanın “Feyenoord” klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçi postunda dəyişiklik olacaq. Apasport.az saytının məlumatına görə, Rotterdam təmsilçisinin C1 komandasını ölkəmizə gətirən ötənlərin məşhur futbolçusu Roy Makay yetirmələri ilə vidalaşmaq məcburiyyətində qalıb.
Buna səbəb hazırda ölkəmizdə olan mütəxəssisin vəzifəsinin böyüdülməsidir. C1 komandasını məğlubedilməz çempiona çevirən Makay bundan sonra A1-ə başçılıq edəcək. Futbol akademiyasının ən böyük yaş qrupuna keçən mütəxəssis bu postda Damien Hertsoqu əvəzləyir. Bu da onunla bağlıdır ki, sonuncu “Qəbələ” akademiyasına gələn Stenli Brardın əvəzinə “Feyenoord” futbol məktəbinə rəhbər təyin edilib.
Makay özü bunu irəli addım kimi qiymətləndirib: “Mən indi bütün fikrimi Azərbaycanda qatıldığımız Qəbələ kubokundakı çıxışımıza yönəltmişəm. Qayıtdıqdan sonra A3 ilə yoxlama oyununda qüvvəmizi sınayacağıq. Həmin görüş C1-də son matçım olacaq. A1-ə təyinatım məşqçi karyeramda növbəti addımdır”.

0
0