Viktor Valdes mətbuat konfransı keçirəcək
30.05.2013 - 22:25
Viktor Valdes mətbuat konfransı keçirəcək
Sabah “Nou Kamp” stadionunun mətbuat mərkəzində “Barselona”nın qapıçısı Viktor Valdes mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiperin KİV nümayəndələri ilə bir araya gəlməsi haqda heç bir informasiya verilməyib.

Lakin gözlənilir ki, Valdes mövsümün sonuna yaxın Kataloniya klubunu tərk edəcəyini bildirəcək. 2014-cü ilə qədər “Barsa” ilə müqaviləsi olan Viktor artıq komanda yoldaşları və məşqçilərlə vidalaşıb.

Qeyd edək ki, 2002-ci ildən “Barselona”nın şərəfini qoruyan 31 yaşlı Valdesin “Monako”ya keçidi gözlənilir.