İngilis klubları “Real”a rəqib oldular
30.05.2013 - 23:19
İngilis klubları “Real”a rəqib oldular
“Tottenhem”in yarımmüdafiəçisi Qaret Beyli transfer etmək istəyən “Real”a daha bir neçə komanda rəqib olub. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun transfer siyahısının ilk pilləsində olan 23 yaşlı futbolçunu “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” də heyətində görmək niyyətindədir.

Daha əvvəl Fransa çempionu PSJ də Beyl üçün yaxından maraq göstərirdi. Bundan başqa, bu klublar “Real”ın təklif etdiyindən də çox pul verməyə hazırdırlar.

İngilis mətbuatı isə iddia edir ki, Madrid təmsilçisi Uels milli komandasının üzvü üçün 60 milyon funt-sterlinq ödəyə bilər.

Qeyd edək ki, Qaret Beyl cari mövsümdə Premyer Liqanın 33 matçında meydana çıxıb və rəqib qapılarından 21 top keçirib.