“Roma” MLS ulduzları ilə qarşılaşacaq
31.05.2013 - 00:00
“Roma” ABŞ-ın və Kanadanın ən yüksək futbol liqasının ulduzlarının yığması ilə yoldaşlıq matçı keçirəcək. Apasport.az saytının məlumatına görə, görüş iyunun 31-də baş tutacaq.
Bu komandaların qarşılaşması isə Kanzas-Sitinin “Sportinq Park” stadionunda keçiriləcək.
Cari mövsümdə “Roma” A seriyasını 6-cı pillədə başa vurub. Əgər bu matç reallaşarsa, paytaxt klub İtaliya futbolunun elitasında MLS ulduzları ilə oyunda iştirak edən ilk komanda olacaq.
Qeyd edək ki, 2012-ci ildə MLS ulduzlarının komandası Filadelfiyada “Çelsi”ni 3:2 hesabı ilə məğlub etmişdi.

0
0