“Qalatasaray” “Lill”in müdafiəçisi ilə anlaşdı
31.05.2013 - 00:26
“Qalatasaray” “Lill”in müdafiəçisi Orelen Şedjunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “Cim-Bom” bir müddətdir heyətinə qatmaq istədiyi futbolçu ilə razılığa gəlib.
İstanbul təmsilçisi 27 yaşlı oyunçunun transferi üçün Fransa klubuna 6,3 milyon avro ödəyib. Şedju ilə isə 4 illik müqavilə imzalayıb. Kamerunlu müdafiəçini əmək haqqı isə illik 2,2 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Şedju 2007-ci ildən “Lill”in heyətində çıxış edir. O, Fransa çempionatın cari mövsümündə 33 matçında meydana çıxıb və 3 qola imza atıb.

0
0