“Barselona”ya qarşı mübarizə aparmaq hər klub üçün çətindir” - VİDEO
31.05.2013 - 02:16
II Qəbələ kubokunun yarımfinal matçından – “Porto” – “Barselona” (2:0) qarşılaşmasından sonra Portuqaliya təmsilçisinin baş məşqçisi Antonio Folya fikirlərini jurnalistlərlə bölüşüb. Apasport.az saytının məlumatına görə, o, finala çıxdıqlarına görə sevindiklərini bildirib: “Finala çıxmaq çox çətin oldu. “Barselona”ya qarşı mübarizə aparmaq hər klub üçün çətindir. Ancaq biz istədiyimizə nail olmaq üçün sonacan mübarizə apardıq. Bunun nəticəsində də qalib gəldik”.
Foya turnir haqda isə bunları deyib: “İlk öncə turniri təşkil edənlərə çox təşəkkür etmək istəyirəm. Burda olduğumuz müddətdə özümüzü evdəki kimi hiss edirik. Turnir çox yüksək səviyyədə təşkil olunub”.

0
0