“Real”ın 9 futbolçusu “Osasuna”ya qarşı forma geyinməyəcək
31.05.2013 - 20:00
“Real”ın 9 futbolçusu “Osasuna”ya qarşı forma geyinməyəcək
Sabah “Real” İspaniya La Liqasının son turunda “Osasuna” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək matçda Madrid klubunun əsas heyətində 9 futbolçu komandasına kömək edə bilməyəcək.

Buna səbəb oyunçular milli komandalarının heyətində təlim-məşq toplanışında olmasıdır.

“Osasuna” ilə oyunda meydana çıxmayacaq futbolçular bunlardır: İker Kasilyas, Dieqo Lopes, Serxio Ramos, Marselo, Pepe, Fabio Koentrao, Xabi Alonso, Sami Xedira, Kriştianu Ronaldo.

Qeyd edək ki, “Kral klubu” artıq La Liqada ikinci yeri özünə təmin edib. Həmçinin sabahkı matç madridlilərin baş məşqçisi Joze Mourinyo üçün son oyun olacaq.