“Yuri Syomin güclü komanda qurur”
05.06.2013 - 15:32
“Yeni komandama mənə güvəndiklərinə görə təşəkkürümü bildirirəm. “Qəbələ” ilə müqavilə imzaladığım üçün özümü xoşbəxt hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yeni qapıçısı David Petrzkeviç deyib.
Polşalı qapıçı bu gün “Qəbələ” ilə “1+1” şərti ilə müqavilə imzalayıb. Ötən mövsümü “Simurq”da keçirmiş Petrzkeviç yeni klubu və gələcək karyerası barədə açıqlamalar verib: “Qəbələ” haqda ətraflı məlumata malikəm və necə klub olduğundan, iddialarından xəbərdaram. Komandaya yeni məşqçi təyin olunub. Yuri Syomin hazırda yeni, güclü komanda qurur və bu komanda növbəti mövsümdə yuxarı yerlər üçün mübarizə aparacaq. Mən də “Qəbələ”nin məqsədinə çatması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Yeni məşqçinin məni seçməsi sevindirici haldır. Komandanın əsas qapıçısı olmaq üçün çalışacağam. Səbrsizliklə yeni mövsümü və azarkeşlərimizlə görüşümüzü gözləyirəm”.

- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0