Lüksemburqun baş məşqçisi jurnalistlər önünə çıxır
06.06.2013 - 11:36
Lüksemburqun baş məşqçisi jurnalistlər önünə çıxır
Lüksemburq milli komandasının baş məşqçisi Luk Holtsun Bakıda mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, qonaq çalışdırıcı jurnalistlərin suallarını "Hilton" otelində saat 16:15-dən etibarən cavablandıracaq.

Qeyd edək ki, bu gün həm də Lüksemburq millisinin oyunun keçiriləcəyi “Bakcell Arena”da ilk məşqi gerçəkləşəcək. Saat 19:00-da başlayacaq hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq keçəcək.