“Mən indi həmin Azərbaycan klubunun adını çəkə bilmərəm”
17.06.2013 - 10:19
“Mən indi həmin Azərbaycan klubunun adını çəkə bilmərəm”
“Mənim bir neçə klubla danışıqlarım gedir. Ancaq mən indi həmin klubların adlarını çəkə bilmərəm. Çünki danışıqlara zərər yetirə bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu kabo-verdeli oyunçu Luiş Tavareş deyib.

Ötən mövsüm Portuqaliyanın aşağı dəstə klubu “Mafra”da çıxış edən Tavareş dozeonline.com saytına açıqlamasında Kipr və Azərbaycandan təklif aldığını bildirib. Ancaq o, Portuqaliyada çıxışını davam etdirmək niyyətini də gizlətməyib: “Mənim əvvəki tək Portuqaliyada qalmaq istəyim var. Çünki burda özümü tamamilə rahat hiss edirəm. Bununla belə, başqa ölkələrdən təkliflər varsa, xaricə də gedə bilərəm”.

Qeyd edək ki, Luiş Tavareş əslən Kabo-Verdedən olsa da, Portuqaliya vətəndaşlığını da daşıyır.