“Sumqayıt” Şahin Diniyevin oğlunu heyətinə qatır
17.06.2013 - 10:33
“Neftçi”də əsas heyətə düşməkdə çətinlik çəkən Kərim Diniyev “Sumqayıt”a icarəyə veriləcək. Apasport.az saytının Sumqayıt klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, futbolçunun özü ilə artıq razılıq əldə olunub.
Onunla qarşıdakı günlərdə 1 illik icarə müqaviləsi bağlanılacaq. Həmçinin “Neftçi”yə məxsus digər futbolçular – Ruslan Qurbanovla Slavik Alxasovun “Sumqayıt”da qalacağı demək olar ki, tam ölçüdə dəqiqləşib. Son ölkə çempionunun digər futbolçusu Emin Mehtiyevin isə Sumqayıt təmsilçisinə keçəcəyi həqiqəti əks etdirmir. Onun bu kluba icarəyə veriləcəyi yalan məlumatdır.
Qeyd edək ki, Kərim Diniyev milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin oğludur.

0
0