“Sumqayıt” millimizin sabiq futbolçusunu transfer etdi
17.06.2013 - 11:15
“Sumqayıt” millimizin sabiq futbolçusunu transfer etdi
“Sumqayıt” daha bir futbolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”dan ayrılmış millimizin sabiq mərkəz müdafiəçisi Zaur Həşimov azı növbəti mövsümün sonunadək gənclik şəhəri təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Vurğun Hüseynov, Vüqar Əsgərov və Anar Nəzirovu heyətinə qatıb. “Neftçi”yə məxsus olan Kərim Diniyev isə icarəyə götürüləcək.