Əli Kərimi Azərbaycan klubunda
17.06.2013 - 12:15
Əli Kərimi Azərbaycan klubunda
Təbrizin “Traktorsazi” klubu məşhur futbolçu Əli Kərimini heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, son 2 mövsümü “Persepolis”də keçirən Kərimi Cənubi Azərbaycan təmsilçisi ilə anlaşıb.

Artıq onun forma geyəcəyi nömrə də bəllidir. Hücumameylli yarımmüdafiəçi yeni klubunda “8” nömrəni daşıyacaq. Bundan başqa, “Traktorsazi”nin “Osasuna”dakı çıxışları ilə tanınan Cavad Nekunamı heyətinə qatmaq istədiyi bildirilir.

Qeyd edək ki, 34 yaşlı Əli Kərimi əslən azərbaycanlıdır. Kərəc şəhərində anadan olan Əli İran millisində və “Bavariya”dakı çıxışları ilə tanınır.