“Bakı”nın sabiq müdafiəçisi özünə klub tapdı
17.06.2013 - 12:49
“Bakı”nın sabiq sağ cinah müdafiəçisi olan Edemir Rodriges özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu karyerasını vətəni Boliviyada davam etdirəcək. Artıq Rodriges sabiq klubu olan “Bolivar”la 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Edemir Rodriges 2011/12 mövsümündə “Bolivar”da 43 oyun keçirib və 5 qola imza atıb. O, “Bakı”ya ötən yay məhz La-Pas klubundan keçmişdi.
Qeyd edək ki, Edemir Rodriges 2011/12 mövsümündə “Bolivar”da 43 oyun keçirib və 5 qola imza atıb. O, “Bakı”ya ötən yay məhz La-Pas klubundan keçmişdi.
0
0