Aleksandr Çijevski: İki qoldan sonra uşaqlar dayandılar
17.06.2013 - 13:09
Aleksandr Çijevski: İki qoldan sonra uşaqlar dayandılar
"Doğrusu, hesabın belə olacağını gözləmirdik. İki qoldan sonra uşaqlar dayandılar”. Apasport.az saytının məlumatına görə, bunu “Karpatı” U-14-ünün baş məşqçisi Aleksandr Çijevski deyib.

Bu gün Bakıda start götürən İBA Cup U-14 turnirinin ilk görüşündə “Beşiktaş” “Karpatı”dan olan həmyaşıdlarını 9:0 hesabı ilə məğlub edib. Həmin oyundan sonra Ukrayna komandasının çalışdırıcısı matç haqqında fikirlərini açıqlayıb.

Çijevski “İnter”in təşkilatçılığı ilə 2-ci dəfə keçirilən turnirin gücləndiyini etiraf edib: “Turnirin səviyyəsinin daha da gücləndiyini gördük. "Beşiktaş" güclü komandadır. Bu komandayla oyunun nəticəsi göstərdi ki, səhvlər üzərində işləmək lazımdır. Növbəti oyunda daha yaxşı oynamağa çalışacağıq".