“Neftçi” beynəlxalq turnirin qalibi oldu
17.06.2013 - 13:57
“Neftçi” beynəlxalq turnirin qalibi oldu
“Neftçi” PFK-nın yeniyetmələri beynəlxaq turnirin qalibi olub. Apasport.az klubun r’smi saytına istinadən xəbər verir ki, məşqçi Eldəniz Məmmədovun yetirmələri olan 2000-ci il təvəllüdlü futbolçulardan ibarət komanda 15 iyun Qurtuluş Gününə həsr olunmuş 7-ci “Qurtuluş kuboku” turnirini qazanıb.

Qrupda “Qarabağ” və “Əlincə”ni 3:0 hesabları ilə məğlub edən “Neftçi” həlledici oyunda “İnter” üzərində 2:0 hesablı qələbə qazanaraq, kuboku başı üzərinə qaldırıb. Digər qrupda “Neftçi” İSM və Tbilisi “Dinamo”su da mübarizə aparıb.