Azərbaycanlı məşqçi alman klubunun oyununa qiymət verdi
17.06.2013 - 14:19
"Oyun maraqlı alındı. Birinci hissədə müdafiədə yaxşı oynadıq, boşluqların yaranmasına imkan vermədik”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in U-14 komandasının baş məşqçisi Hikmət Hüseynov deyib.
Bu gün Bakıda keçirilən İBA Cup U-14 turnirində meydan sahibi olan “İnter” ilk oyununda Almaniyanın “Ayntraxt” klubuna minimal hesabla (0:1) uduzub. Oyundan sonra Hüseynov oyun haqqında fikirlərini açıqlayıb.
Azərbaycanlı məşqçi almanların fiziki cəhətdən güclü olduğunu etiraf edib: “İkinci hissədə sürəti artırdıq, rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Lakin standard vəziyyətdən qol buraxdıq. Rəqib fiziki cəhətdən güclü olduğunu nümayiş etdirdi. Ruhdan düşməyərək növbəti oyunlarda daha yaxşı oynamağa cəhd göstərəcəyik".

0
0