Elhad Nəziri “Petrolul”da qalarsa...
17.06.2013 - 14:51
Milli komandamızın futbolçusu Elhad Nəzirinin müqavilə ilə məxsus olduğu “Petrolul”da istirahət başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün səhər saatlarında Rumıniya klubu paytaxt Buxarestdə bir araya gəlib.
Komandanın Ployeştidə yox, Buxarestdə toplanması isə futbolçuların Milli İdman İnstitunda tibbi müayinədən keçməsidir. Bu gün Bakı vaxtı ilə saat 23:00-da ilk məşqin keçirilməsi planlaşdırılıb. Sabah nahar yeməyindən sonra isə komanda Sloveniyaya yola düşəcək. “Petrolul” burda iyulun 5-dək hazırlıq keçəcək.
Maribordakı "Habakuk Wellness Hotel”də qalacaq komanda 6 yoxlama oyunu keçirəcək. “Neftçilər” Zaqreb “Lokomotiva”sı (22 iyun), “Hayduk” (25 iyun), “Maribor” (27 iyun), “Partizan” (30 iyun) və Razqrad “Ludoqorets”i (2 iyul) ilə gücünü sınayacaq. 6-cı rəqib isə iyulun 4-də ya “Kuban”, ya da Donetsk “Metallurq”u olacaq. Bundan sonra “Petrolul” Rumıniyaya qayıdaraq iyulun 10-da “Styaua” ilə keçiriləcək Superkubok matçına hazırlaşacaq.
Qeyd edək ki, Elhad Nəzirinin “Petrolul”da qalması sual altındadır. Heyətə düşməkdə çətinlik çəkən futbolçunun Rumıniya və Türkiyə klublarından birinə icarəyə verilməsi gözlənilir.

0
0