Ruslan Abışov sabah “Rubin”in düşərgəsində olacaq
17.06.2013 - 15:17
Ruslan Abışov sabah “Rubin”in düşərgəsində olacaq
Milli komandamızın futbolçusu Ruslan Abışov sabah “Rubin”in düşərgəsinə qoşulacaq. Apasport.az saytının məlumatına görə, o, sabah səhər saat 5-də ölkəmizi tərk edəcək.

Ruslan Bakı – İstanbul – Zaltsburq reysi ilə Avstriyaya gedəcək. Bundan sonra Abışov komandasının Avstriyadakı hazırlıqlarında iştirak edəcək. Onun sabah baş tutacaq Miyava “Spartak”ı (Slovakiya) ilə yoxlama görüşündə iştirak edəcəyi inandırıcı görünmür. Ancaq Ruslan iyunun 22-də Rumıniya çempionu “Styaua”ya qarşı oynaya bilər.

Qeyd edək ki, baş məşqçi Qurban Berdıyev “Rubin”in milli üzvlərinə istirahət verdiyindən, Ruslan Abışov 1 həftə gec komandasının düşərgəsinə qoşulur.