Karqbo oynadı, Barlay ehtiyatda qaldı
17.06.2013 - 15:43
Syerra-Leone yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Conni Makkinstrinin yetirmələri səfərdə Kabo-Verde ilə qarşılaşıb.
12-ci dəqiqədə “Maritimu”nun hücumçusu Heldonun vurduğu qol ilə meydan sahibləri qələbə qazanıb. Bu görüşdə “Bakı”dan ayrılan İbrahim Karqbo Tunislə ötən seçmə mərhələ görüşündə olduğu kimi komandasını kapitan qismində meydana çıxarıb. O, 90 dəqiqə oynadığı müddətdə sona 8 dəqiqə qalmış sarə vərəqə də alıb. “Rəvan”ın sabiq yarımmüdafiəçisi Semyuel Barlay isə ehtiyatda qalıb.
Qeyd edək ki, bu qrupda Braziliyaya getməyə vəsiqəni Tunis sona 1 tur qalmış əldə edib.

0
0