Yarımfinalda İspaniya İtaliyaya, Uruqvay Braziliyaya rəqib oldu - YENİLƏNİB
24.06.2013 - 00:51
Braziliyada keçirilən Konfederasiyalar Kubokunda qrup oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə reallaşan yarışın 7-ci günündə daha iki matç baş tutub.
Artıq yarımfinala vəsiqə qazanan İspaniya milli komandası növbəti mərhələyə keçmək uğrunda mübarizə aparan Nigeriya yığması ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə son dünya və Avropa çempionları 3:0 hesabı ilə qalib gələrək, xalını 9-a çatdırıb və qrup oyunlarını liderliklə başa vurub.
Uruqvay isə autsayder Taitini sınağa çəkib. Əgər Cənubi Amerika çempionu rəqibini məğlub edəcəyi təqdirdə avtomatik yarımfinala adlayacaqdı. Uruqvaylılar son iki oyunu böyük hesabla uduzan Taitini yenə darmadağın edib – 8:0.
Beləliklə, Uruqvay B qrupunda İspaniyadan sonra yarımfinala vəsiqə qazanan ikinci komanda olub. Bu mərhələdə onlar A qrupunun lideri Braziliya ilə qarşılaşacaq. İspaniya isə İtaliya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox Braziliya qazanıb – 3 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.
Konfederasiyalar Kuboku
23 iyun
B qrupu
Nigeriya - İspaniya - 0:3
QOLLAR: Alba, 4; 88, Torres, 62
İspaniya: Viktor Valdes, Arbeloa, Serxio Ramos, Pike, Xordi Alba, Buskets, Xavi, İnyesta, Fabreqas, Pedro, Soldado
Nigeriya: Enyaema, Embrouz, Omeruo, Oboabona, Eçiedjile, Obi Mikel, Oqude, Mba, İdeye, Akpala, Musa
Uruqvay - Taiti - 8:0
QOLLAR: Ernandes, 2; 24; 45; 67-pen, Peres, 28, Lodeiro, 61, Suares, 82; 90
Uruqvay: Silva, Aqirreqaray, A.Pereyra, Koates, Skotti, Lodeyro, Qarqano, Peres, Equren, Ramires, Ernandes
Taiti: Meriel, C.Teo, Vallar, Ludivon, Simonalar, L.Teo, Karuan, Aytamay, Vairua, Şon Yu, Nanin

0
0