Deyan Stankoviç “İnter”dən gedir
23.06.2013 - 22:34
“İnter”in yarımmüdafiəçisi Deyan Stankoviç komandasını vaxtından əvvəl tərk edəcək. Apasport.az saytının məlumatına görə, Milan klubu ilə müqavilənin müddəti 2014-cü ilin iyununda başa çatacaq olan 34 yaşlı futbolçu “neradzurra” ilə qarşılıqlı razılıq əsasında yollarını ayıracaq.
Artıq Stankoviç komandanın direktoru Marko Branka ilə bir dəfə görüşüb. Gözlənilir ki, serbiyalı oyunçu gələn həftə klub nümayəndəsi ilə yenidən bir araya gələcək.
Qeyd edək ki, Deyan Stankoviç 2004-cü ildən “İnter”in şərəfini qoruyur. Onunla karyerasına başladığı “Srvena Zvezda” və Birləşmiş Ərəb Əmirliyinin “Əl-Vasl” klubu yaxından maraqlanır.

0
0