“Şaxtyor”un sabiq hücumçusu: Azərbaycanın təklifi çox cəlbedicidir
24.06.2013 - 09:50
“Mən Almaniyada “Duysburq” və “Bohum” klublarında oynayandan sonra xaricdə özümə klub tapmaq məsələsinə indi böyük ehtiyatla yanaşmıram. Mən hazırda da digər çempionatda oynamağın əleyhinə deyiləm. Ancaq yalnız harasa gəldi keçmək istəmirsən. Məsələn, məni ya Azərbaycana, ya da Belarusa çağırırdılar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri 2016-cı ildə Ukrayna milli komandasının heyətində dünya çempionatının iştirakçısı olan futbolçu Aleksey Belik deyib. Uzun illər Donetsk “Şaxtyor”un heyətində çıxış edərək, 4 dəfə Ukrayna çempionu olan, 3 dəfə kuboku qazanan 32 yaşlı hücumçu hazırda özünə yeni klub axtarışındadır.
Belikin sözlərinə görə, ölkəmizdən maddi baxımdan cəlbedici təklif alıb: “Ancaq məni belə variantlar qane etmir. Hərçənd onlar maddi planda çox cəlbedicidir. Ancaq mən Ukraynada qalmaq, yaxud Rusiyaya yollanmaq istəyirəm”.

0
0