“Antalyaspor”un prezidenti: Adams baş məşqçiliyə namizəddir
24.06.2013 - 10:13
“Qəbələ”nin ingiltərəli sabiq baş məşqçisi Toni Adams yenidən Türkiyə klubunun maraq dairəsində düşüb. Apasport.az saytının məlumatına görə, bunadək Superliqa təmsilçiləri ətrafında hallandırılan 47 yaşlı mütəxəssis indi “Antalyaspor”da boş qalan posta namizəd sayılır.
Belə ki, klub prezidenti Gültəkin Gəncər yeni baş məşqçini 48 saatda müəyyənləşdirəcəklərini bildirərək, namizədlər arasında Adamsın olduğunu təsdiqləyib: “Doğrudur, yeni baş məşqçi siyahısında onun da var. Ancaq biz öncə yerli məşqçilərlə danışacağıq. Yeni baş məşqçimiz artıq bəlli olacaqdı. Ancaq namizədimiz Ərtoğrul Sağlam “Əskişəhərspor”la anlaşaraq, bizdən üzr istədi. Biz də digər planlarımızı işə saldıq. “Antalyaspor”da baş məşqçi məsələsini 48 saat içərisində həll etməyimiz lazımdır. Bunu 2 günə dəqiqləşdirəcəyik. İki yerli məşqçi ilə danışığımız var. Bu gün-sabah yekunlaşdıracağıq”.
Qeyd edək ki, Adams 2010-cu ilin mayından 2011-ci ilin noyabrına kimi çalışdırdığı “Qəbələ”də hazırda prezidentin müşaviridir.

0
0