“Simurq” Türkiyədə 3 oyun keçirəcək
24.06.2013 - 10:04
İyunun 17-də Bakıda bir araya gələn “Simurq”Ⅶ təlim-məşq toplanışının ikinci mərhələsinə start vermək üçün Türkiyəyə yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, zaqatalalılar bü gün qardaş ölkədə ilk məşqinə çıxacaq.
Bakı vaxtı ilə 20:00-da Kartəpədə hazırlıqlara başlayacaq Georgi Çixradzenin yetirmələri iyulun 8-də ölkəyə qayıdacaq. Burada 3 yoldaşlıq görüşündə gücünü sınayacaq Zaqatala təmsilçisinin heyətinə ilk təlim-məşq toplanışında iştirak etməyənlər qoşulacaq. Həmçinin baxışa dəvət edilmiş yeni futbolçular da növbəti günlərdə düşərgəyə təşrif buyuracaq.
Qeyd edək ki, “Simurq”un ilk rəqibi artıq dəqiqləşib. Bu, iyunun 30-da oynayacağı "Spartak-Nalçik"dir. Ancaq iyulun 3-də və 7-də keçiriləcək matçlarda rəqibləri hələ dəqiqləşməyib.

0
0