İngiltərə klubunun Bakıda təlim-məşq toplanışı
24.06.2013 - 10:15
İngiltərə klubunun Bakıda təlim-məşq toplanışı
AFFA və “Bakcell” şirkətinin birgə layihəsi çərçivəsində bu gündən iyunun 28-ə qədər saat 10:00-dan 17:00-dək “Bakcell Arena”da “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” yay futbol məktəbinin keçirdiyi toplanışı zamanı bütün məşqlər mətbuat nümayəndələri və azarkeşlər üçün açıqdır. Ancaq onların məşqlər zamanı meydançaya daxil olması qadağandır.

Mənbə: affa.az