Hollandiya klubu “Neftçi” ilə razılaşmadı
24.06.2013 - 10:55
“Neftçi” Nikolas Kanalesin əvəzinə heyətinə qatmaq istədiyi hollandiyalı hücumçu Melvin Platjenin transferini reallaşdıra bilməyib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”la futbolçunun çıxış etdiyi Hollandiyanın “Neymegen” klubu keçidlə bağlı razılığa gələ bilməyib.
Belə ki, “Neftçi” 2014-cü ilin yayına kimi Neymegenin eyni adlı təmsilçisinə məxsus 24 yaşlı forvard üçün müəyyən məbləğ ödəməyə hazır olsa da, bu, hollandiyalıları razı salmayıb. Nəticədə Platjenin Azərbaycan çempionuna keçidinin üstündən xətt çəkilib.
Qeyd edək ki, Bakı klubu hələ yeni hücumçu transfer etməyib.

0
0