“İnter” “Slaviya” ilə bərabərə qaldı - YENİLƏNİB
24.06.2013 - 19:16
“İnter” “Slaviya” ilə bərabərə qaldı - YENİLƏNİB
“İnter” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” sayca 4-cü, Avstriyada isə 3-cü yoxlama matçına çıxıblar.

Kaxaber Sxadadzenin yetirmələri bu gün Praqa “Slaviya”sı ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk hissədə hesabı açan təmsilçimiz fasiləyə üstün yollanıb. İkinci yarının sonlarında isə rəqib bərabərlik qolunu vurmağa müvəffəq olub.

Çexiya klubu son mövsümü 7-ci pillədə tamamlayıb. Mixal Petrouşun bu ildən etibarən çalışdırdığı komandada ancaq çexiyalı və slovakiyalı futbolçular çıxış edir.

Qeyd edək ki, “İnter” Türkiyədə “Kartalspor”un baxışda olan futbolçularından ibarət komandasını 13:0, Avstriyada isə yerli “İnsbruk”u 8:0 hesabı ilə darmadağın edib. Bürünc mükafatçımız sonuncu yoxlama oyununda “Krasnodar”la qolsuz bərabərə qalıb.


Yoxlama oyunu
İnter (AZƏRBAYCAN) – Slaviya (Çexiya) - 1:1
QOL: Əmircanov, 15