“Neftçi”dən ilk
24.06.2013 - 14:18
Bu gün İsveçrənin Nyon şəhərində keçirilən Çempionlar Liqasının püşkatması Azərbaycan üçün ilklə nəticələnib. Apasport.az saytının məlumatına görə, 1994-cü ildən avrokuboklarda çıxış edən təmsilçilərimiz tarixində ilk dəfə Albaniya klubu ilə qarşılaşacaq. Bu ilkin müəllifi olacaq Azərbaycan çempionu “Neftçi” bu ölkənin ən yaxşısı “Skenderbeu” ilə görüşəcək. Bu komanda klublarımızın ilk alban rəqibidir.
Qeyd edək ki, II təsnifat mərhələsində albaniyalılarla oynayacaq “Neftçi”nin ilkinə yalnız Avropa Liqasının bu gün atılacaq püşkü mane ola bilər. Daha bir alban klubu təmsilçimizlə üz-üzə qalarsa ilk həmin komandamızın hesabında olacaq.

0
0