Albaniyalı futbolçu: “Neftçi” cütün favoritidir
24.06.2013 - 14:27
Albaniyalı futbolçu: “Neftçi” cütün favoritidir
“Çoxdandır “Neftçi” klubunun oyununu görmürəm”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın sabiq albaniyalı futbolçusu Elvin Beçiri deyib.

Bu gün İsveçrədə Çempionlar Liqasının püşkü atılıb ki, “Neftçi” II təsnifat mərhələsində Albaniya təmsilçisi “Skenderbeu” ilə qarşılaşacaq. Hazırda “Vlajniya”da forma geyinən Beçirinin fikrincə, “ağ-qaralar” mərhələ keçəcək: “Fikrimcə, sizin komanda daha güclüdü, cütün favoritidir. Bu səbəbdən də “Neftçi” mərhələ adlayacaq”.