Bakılılar “Skenderbeu” ilə bacarmır
24.06.2013 - 14:43
Bakılılar “Skenderbeu” ilə bacarmır
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Albaniya “Skenderbeu”su əvvəllər də klublarımızla üzləşib. Apasport.az saytının məlumatına görə, avrokuboklarda heç vaxt bizimkilərə rəqib olmayan Albaniyanın çempionu yoxlama matçlarında azərbaycanlılar önünə çıxıb.

Ötən il yanvarın 21-də Korça təmsilçisi Bakının digər klubu “İnter”lə görüşmüşdü. Türkiyənin Antalya şəhərində baş tutan matçda bakılılar qalib gəlməyi bacarmamışdı. Belə ki, həmin oyun qolsuz heç-heçə ilə nəticələnmişdi. 18 aydan sonra təmsilçimizə rəqib olan Albaniya çempionu bu dəfə “Neftçi” ilə görüşəcək.

“Neftçi” “Şkenderbeu” ilə indiyədək bir dəfə üz-üzə gəlib. 2011-ci ildə Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan yoxlama görüşü 1:1 hesabı ilə nəticələnib.