“Neftçi” üçün fərsiz “qoca”: Albaniya çempionu 1 qol vurub
24.06.2013 - 15:00
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin ilk rəqibi məlumdur. Apasport.az saytının məlumatına görə, bu, Albaniya çempionu “Skenderbeu”dur.
Albaniya çempionunu tanımağa dəyər. “Skenderbeu” “Neftçi”dən yaşlı komandadır. Belə ki, hazırda prezidenti Ardian Takay olan klubun yaranma tarixi 1909-cu ilin aprelin 15-dir. Bu klub Albaniyanın cənub-şərqində yerləşən Korça (türkcə Görice) şəhərini təmsil edir. Ancaq siyasətçi və şair olan Hile Mosinin rəhbərliyi altında yaranan komandanın ilk adı “Vllazeriya” olub. 1925-ci ildən komanda indiki adına qovuşub.
“Skenderbeu”nun adı Albaniyanın ən böyük qəhrəmanı sayılan George Kastrioti Skanderbeqin (XV əsrdə Albaniya lordu olub – red.) familiyasından götürülüb. Klub ev oyunlarını “Stadiumi Skenderbeu”da keçirir. Arena 12 min tamaşaçı tutumuna malikdir. Komandanın ləqəbləri “qar canavarları”, “ağ-qırmızılar” və “cənub-şərqlilər”dir.
Maraqlıdır ki, Albaniya çempionu da “Neftçi” kimi ölkəsinin son 3 qat qalibidir. Buna qədər 1933-cü ildə də çempionluğu olan “Skenderbeu” 3 dəfə qızıl medalları əldən qaçırıb. 3 dəfə Albaniya 1-ci dəstəsinin qalibi olan Korça təmsilçisi 2007/08 mövsümündən elitada çıxış edir. “Skenderbeu” “Neftçi”dən fərqli olaraq, tarixində heç vaxt ölkə kuboku və Superkuboku qazana bilməyib. Belə ki, 4 dəfə kubokda, 2 dəfə isə Superkubokun finalında qalib olmağın biraddımlığında olub.
Komandanı 50 yaşlı çalışdırıcı Mirel Yosa çalışdırır. Xorvatiyalı Pero Peyiç komandanın vuran ayağıdır. O, 12 qolla çempionatın bombardiri olub. Ümumiyyətlə, son 3 mövsümün bombardiri Albaniya çempionundan çıxır. Komandada Albaniya yığmasının 3 üzvü var. Bunlar qapıçı Orges Şehi, müdafiəçi Renato Arapi və yarımmüdafiəçi Sabyen Lilaydır. Bundan başqa, nigeriyalı Nurudin Orelesi, malili Nimaqa Bakari, braziliyalı Ademir, serbiyalı İvan Qvozdenoviç və xorvatiyalılar Jelko Tomiçlə Marko Radasdır.
“Skenderbeu” 3-cü dəfə ölkəsini avrokuboklarda təmsil edəcək. Komanda 2011-ci ildə Çempionlar Liqasında APOEL, ötən il isə “Debretsen” səddini keçə bilməyib. Korçalılar bu oyunlarda 1 top vurub, 9-nu buraxıb.

0
0