Albaniyalı futbolçu: “Neftçi”yə qarşı oynamaq istəyirəm
24.06.2013 - 15:14
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Albaniya çempionu “Skenderbeu” təcrübəli futbolçusu Jetmir Sefanı heyətində saxlaya bilib. Apasport.az saytının məlumatına görə, “Bilis” klubundan Korça təmsilçisinə keçən 26 yaşlı yarımmüdafiəçi geri qayıtmaqdan imtina edib.
Sefa bunu Çempionlar Liqasında – “Neftçi”yə qarşı oynamaq istəyi ilə izah edib: “Mənim əvvəlki klubuma qayıtmağımla bağlı deyilənlər ağ yalandır. Mən Korça təmsilçisində qalmaq fikrimdə qətiyəm. Çünki Çempionlar Liqası oyunlarında oynamaq istəyirəm”.
Qeyd edək ki, Sefa vaxtilə digər klubumuz AZAL-ın maraq dairəsinə düşmüşdü.

0
0