Toşakın komandası “Slima”ya 17 qol vurmuşdu
24.06.2013 - 15:42
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran”la qarşılaşacaq Malta “Slima”sı cənubluların baş məşqçisi Con Toşaka yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssis maltalıların tarixinə düşüb.
Belə ki, avrokuboklarda böyükhesablı məğlubiyyətlər almağa adət edən “Slima” ən acınacaqlı yenilgisini məhz Toşakın komandasından alıb. 1982/83 mövsümündə vətənində “Suonsi”ni çalışdıran mütəxəssisin yetirmələri “Slima”ya divan tutub.
Həmin vaxt Kuboklar kubokunda Toşakın komandası əvvəl 5:0, cavab oyununda 12:0 hesabı ilə maltalılara qalib gəlmişdi. Həmin vaxt uelsli komandasının oynayan məşqçisi olub. 17 qolda imzası olan məşqçi karyerasının son topunu da bu görüşlərdə Malta təmsilçisinə vurub.

0
0